18 yanvar 2025 at 14:09
Jurnalist kodu: 5564
Xəbər kodu: 85723081
T T
0 Persons
Şeyx Nəim Qasim: Qəzzanın yeri tarixə yazılacaq - Müqavimət istədiyinə nail oldu

Tehran - İRNA - Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasim, Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunmasını təbrik edərkən, Qəzzənin fədakarlıqdakı yerinin tarixə yazılacağını vurğuladı.

Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasim bu şənbə günü deyib: Müqavimət və Fələstin xalqı İsrailin böyük planını məğlub etdi. Müqavimətin möhkəmliyini göstərən atəşkəs razılaşması münasibətilə Fələstin xalqını və müqaviməti təbrik edirik. Müqavimət istədiyinə nail oldu, lakin düşmən istədiyinə nail ola bilmədi.

O, vurğuladı: Tarix Qəzzanın fədakarlıqdakı mövqeyini və düşmən İsrailin planının   məğlubiyyətini qeyd edəcək. Sionist rejim daxilində ixtilaflar artır və yeganə çıxış yolu Fələstinin ilk sahiblərinə qaytarılmasıdır.

Livan Hizbullahının baş katibi sözlərinin başqa bir hissəsində əlavə edib: Mən Livan hökumətindən sionist rejimin yüzlərlə dəfəni aşmış təcavüzləri ilə qətiyyətlə mübarizə aparmasıbı istəyirəm və bu məsələ davam etməməlidir. Livan atəşkəs razılaşması yalnız Litani çayının cənubuna aiddir. Allaha şükürlər olsun ki, bu məsələdən qürurla çıxdıq.

Şeyx Nəim Qasim deyib: Hizbullahın Livanda İsrail rejimi ilə qarşıdurması Qəzzanın qələbəsinə töhfə verir. Biz İsrail rejiminin Livandakı müqaviməti bitirməkdə uğur qazanmasının qarşısını aldıq. Livanın Amerika layihəsinə və İsrail rejiminə qarşı müqaviməti güclü olaraq qalacaq.

O, sionist rejimin təcavüzünün kölgəsində olan Livanın daxili vəziyyəti haqqında deyib: Heç kim daxili siyasətdə təcavüzün nəticələrindən faydalana bilməz. Biz Livanda və onun hərəkatında vacib bir təşkilatıq. Hizbullah və Əməl Hərəkatı olaraq iştirakımız Cof Ovunun Livan prezidenti seçilməsi ilə bağlı razılaşmaya səbəb oldu. Bəzi qəhrəmanlıq oyunları bizi səhnədən uzaqlaşdırmaq məqsədi daşıyır ki, bunlar boş və mənasızdır və sonra üzə çıxacaq.

Şeyx Nəim Qasim həmçinin Fələstin məsələsinə dəstək olaraq Yəmən xalqına və Ənsarullah hərəkatının rəhbərinə, İraq xalqına və onun dini mərcəiyyətinə və İraq Xalq Səfərbərlik Təşkilatına salamlar göndərib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .